Manatın digər valyutalara qarşı məzənnəsi açıqlanıb

08.09.2016 09:44     Ecoreaksiya     1182

 Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 7-si ilə müqayisədə dəyişməyərək 1,6403 manat olub.
 
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,02% zəifləyərək 1,8454 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,39% bahalaşaraq 0,0256 manat olub.
 
Türkiyə lirəsinin məzənnəsi 0,43% azalaraq 0,5589 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1896 manatdır. Beləliklə, funt sterlinq 0,47%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,22% azalaraq 0,7116 manat təşkil edib.
 
 
 

Şərhlər