ARDNŞ prezidenti Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının üzvü təyin edilib

08.09.2016 20:37     Ecoreaksiya     1096

 Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib.
 
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə komissiyaların Azərbaycan Respublikası tərəfindən tərkibinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarında dəyişikliklər edilməsi haqqında” 7 sentyabr 2016-cı il tarixli sərəncamında əksini tapıb.
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev komissiyanın üzvü təyin edilib.
 
 
 

Şərhlər