Dollar bütün dünyada bahalaşmağa başladı

11.09.2016 18:38     Ecoreaksiya     1235

Son açıqlamalar və inkişaf etməkdə olan ölkələrin pul vahidlərinin dəyər itirməsi dolların bahalaşmasına səbəb olub.
 
BAKU.WS xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) qərarları və qurumun sədri Mariyo Draginin şərhlərindən sonra dollar yüksəlməyə başlayıb.
 
Avropanın vahid valyutası dollar qarşısında 0,21% dəyər itirərək 1,1235 EURO/USD-yə bərabər olub.
 
ABŞ milli valyutası Yapon yeni qarşısında da bahalaşıb. Belə ki, dollar yenə nisbətdə 0,23% möhkəmlənərək 102,72-yə (USD/JPY) yüksəlib.
 
Azərbaycan milli valyutası isə son olaraq dollara nisbətdə möhkəmlənib. Hazırda 1 dollar 1,6390 AZN-ə bərabərdir.
 
 

Şərhlər