OPEC: Bu il Azərbaycan gündəlik 900 min barel maye qaz tədarük edəcək

12.09.2016 19:50     Ecoreaksiya     1138

Bu ilin üçüncü rübündə Azərbaycan gündəlik ortalama 0,8 mln. barel (mb/d) maye qaz tədarük etmək imkanına malikdir. Bu rəqəm 2016-c ilin 4-cü rübü və bütün il üzrə isə 0,9 mb/d-yə bərabər olacaq.

“Report” xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hazırladığı hesabatda deyilir.

Hesabata görə, 2017-ci ilin birinci rübündə Azərbaycanın qazla təchizatı 0,9 mb/d-yə, digər 3 rübdə və illik ortalama 0,8 mb/d-yə bərabər olacaq.

OPEC Azərbaycanda gündəlik neft təminatının 16 min barel (tb/d) civarında olduğunu da açıqlayıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar