Manat əksər valyutalara nisbətən bahalaşıb

19.09.2016 11:48     Ecoreaksiya     1105

 Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 16-sı ilə müqayisədə 0,03% ucuzlaşaraq 1,6370 manat olub.
 
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,67% zəifləyərək 1,8281 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,4% azalaraq 0,0252 manat səviyyəsinə düşüb.
 
Türkiyə lirəsinin məzənnəsi 0,31% azalaraq 0,5499 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1343 manatdır. Beləliklə, funt sterlinq 1,51%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,07% bahalaşaraq 0,7094 manat təşkil edib.
 
 

Şərhlər