Ölkədə Aİ-95 benzininin çatışmazlığı aradan qaldırıldı

04.11.2016 17:24     Ecoreaksiya     1210

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) son iki gün ərzində müşahidə olunan "Premium-95" markalı benzin çatışmazlığı məsələsini həll edib. Bunu Trend-ə SOCAR-dakı mənbə deyib.

Mənbənin sözlərinə görə, ölkədə "Premium-95" markalı benzin istehsal olunmadığı üçün onu xaricdən idxal etmək lazım gəlir. O, Azərbaycanda bu tip benzinə böyük tələbat olduğunu bildirərək, artıq ölkəyə yeni yanacaq partiyasının daxil olduğunu qeyd edib.

Aİ-95 benzininin istifadəsi 2018-ci ilədək davam edəcək. Həmin tarixdən etibarən isə Bakıda Avro-5 standartlı benzin istehsal olunacaq.

Şərhlər