Rusiyadan gələn azərbaycanlının avtomobilindən 17 400 ədəd siqaret götürülüb

12.11.2016 13:23     Ecoreaksiya     1342

Rusiyadan Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və yük yerindən gömrük nəzarətində gizlədilən 17 400 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar