"Şahdəniz 2" çərçivəsində yeni müqavilə imzalandı

19.11.2016 14:38     Ecoreaksiya     1395

“Şahdəniz” qaz yatağında aparılan işlərin ikinci mərhələsi çərçivəsində “Saipem Contracting Netherlands B.V.” şirkəti "Lighthouse" şirkətinin Azərbaycan filialı ilə müqavilə imzalayıb. Trend-in şirkətin saytına istinadən veridiyi məlumata görə, müqavilə dörd il müddətinə bağlanıb.

Bu müqavilə daha əvvəl imzalanmış və 2017-ci ilin sonunda başa çatacaq müqavilənin davamı olacaq və 2022-ci ilədək davam edəcək.

Qeyd edək ki, 1,2 trilyon kubmetr qaz ehtiyatına malik “Şahdəniz” yatağının istifadəsi üçün müqavilə 1996-cı ildə imzalanıb.

Bu müqavilədə pay sahibləri: 28,8 faizlə operator, 10 faizlə "AzSD", 6,7 faizlə "SGC Upstream", 15,5 faizlə "Petronas", 10 faizlə "Lukoil", 10 faizlə "NICO" və 19 faizlə "TPAO" şirkətləridir.

“Şahdəniz 2” yatağında işlərin dəyəri 28 milyard dollar həcmində qiymətləndirilir.

Şərhlər