Neftin bahalaşması rublu kəskin möhkəmləndirir

12.12.2016 13:19     Ecoreaksiya     1435

Rusiya birjasında ticarət sessiyasının açılışında müsbət dinamika müşahidə olunur. "APA-Economics" xəbər verir ki, MMVB indeksi 2235,81 bəndədək yüksələrək növbəti tarixi rekordu müəyyənləşdirib.

 

RTS 2014-cü ilin maksimumuna çataraq 1137,37 bənd səviyyəsində qərarlaşıb.

 

Ticarət sessiyasının açılışında dolların məzənnəsi 62 rubl səviyyəsindən aşağı enərək 61,49 rubla çatıb. Beləliklə, rubl cari ilin oktyabrın 25-də qeydə alınan maksimumu yeniləyib.

 

Avronun məzənnəsi isə 64,95 rubla enib. Sonuncu dəfə avronun bu qədər ucuzlaşması 2015-ci ilin iyulun 30-da qeydə alınıb.

 

Rublun möhkəmlənməsinə səbəb neftin kəskin bahalaşmasıdır.

 

Xatırladaq ki, bu gün Brent markalı neftin qiyməti ötən ilin iyulundan etibarən ilk dəfə 57 dollar həddini ötüb.

 

Reaksiya.az

Şərhlər