Bu gün FED qərarını açıqlayacaq

14.12.2016 12:47     Ecoreaksiya     1291

Qərarların açıqlanmasından sonra Cannet Yellen çıxış edəcək

Qlobal bazarların diqqəti, bu gün başa çatacağı gözlənilən, ABŞ Mərkəz Bankının (FED) toplantısından çıxacaq qərara yönəlib. Sputnik milliyet-ə istinadla xəbər verir ki, ABŞ-da dünən başlayan və qərarları bu gün saat 23.00-da açıqlanacaq FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısı bazarların diqqət mərkəzindədir.

FED-in qərarlarının açıqlanmasından sonra, qurumun rəhbəri Cannet Yellen çıxış edəcək və onun çıxışında gələn il FED-in faiz artımı ilə bağlı seçəcəyi xətt diqqət mərkəzində olacaq.

 

Şərhlər