Bəzi müəssisələr üçün güzəştli enerji tarifləri müəyyənləşdiriləcək

20.12.2016 15:29     Ecoreaksiya     1179

Azərbaycanda strateji müəssisələrin enerji təminatına dair güzəştli tariflər müəyyənləşdiriləcək.

Bu barədə Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində deyilir.

Qeyd olunur ki, ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən müəssisələrin siyahısı müəyyənləşdiriləcək və bu müəssisələr üzrə güzəştli tarif təklifləri hazırlanacaq.

Ağır sənaye, xüsusilə metallurgiya müəssisələrinin enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

Şərhlər