Neftin qiyməti 40 dollara düşə bilər

09.03.2017 11:44     Ecoreaksiya     1430

Scott Sheffield, OPEC-in bu il istehsalın azaldılması müqaviləsini uzatmaması halında, neft qiymətlərinin 40 dollara düşəcəyini deyib

ABŞ-ın ən mühüm şist nefti istehsalçılarından biri olan "Pioneer Natural Resourses Co."nun rəhbəri Scott Sheffield, OPEC-in bu il istehsalın azaldılması müqaviləsini uzatmaması halında, neft qiymətlərinin 40 dollara düşəcəyini deyib. Sputnik Azərbaycan-ın "Marja"ya istinadən xəbərinə görə, Sheffield, ABŞ-da şist nefti istehsalçılarının nəzərlərinin OPEC və OPEC-ə daxil olmayan istehsalçıların İyun ayında başa çatacaq gündəlik 1.8 milyon barellik istehsal azaldılması müqaviləsini uzadıb-uzatmayacağına çevrildiyini söyləyib.
Sheffield, "Əgər OPEK uzatmasa, nefti 40 dollar səviyyəsinə düşəcək. Bunun ABŞ-ın neft sənayesinə investisiyalar üzərində əhəmiyyətli təsirləri olacaq" şəklində bildirib. Sheffield, neftin 40 dollara düşməsi vəziyyətində regiondakı neft hasilatının iqtisadi baxımdan səmərəli olmayacağını deyib. Sheffield, ancaq hər şey yolunda gedərsə, regionda hasilatın indiki səviyyəsi olan gündəlik 2.3 milyon barreldən 8-10 milyon barelə yüksələcəyini bildirib.

İnvestorlar nəhayət rekord səviyyələrə çıxan ABŞ-da neft ehtiyatı göstəricisini ciddiyə almağa başlayıb. OPEC və kartelə daxil olmayan 11 ölkə hasilatı azaltsa da ABŞ-da ehtiyatlar və hasilat artır. ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə 8,2 milyon barel (1,6 faiz) artımla 528,4 milyon barelə çataraq rekord seviyyəyə çıxıb. Göstəricinin ardından neft qiymətləri 5% civarında düşüb. Səudiyyə Ərəbistanının neft naziri Xalid Al-Falih, Çərşənbə axşamı günü Hyustonda etdiyi açıqlamada, qlobal hasilatın OPEC və tərəfdaşlarının gözlədiyindən daha yavaş azaldığını qeyd edərək, Yanvar ayında başlayan istehsal azaldılması müqaviləsinin müddətinin uzadılması üçün qapını açdı. Societe General SA-nın analitiki Mike Wittner, "Xam petorl bazarının səbri tükənib. OPEC-in istehsalın azaldılması planının bazarı sabitləşdirmədi. OPEC hasilatı gündəlik 1 milyon barreldən artıq salmışdır, ancaq bunun ABŞ bazaları üzərində təsiri görünmədi" şəklində bildirib

Reaksiya.az

Şərhlər