Venesuela neft ölkələri üçün yeni təkliflər hazırlayıb

15.03.2017 13:36     Ecoreaksiya     1349

Venesuela OPEC və neft hasil edən digər ölkələrin nazirlərinin martın 25-26-da Küveytdə keçiriləcək sammitində yeni təkliflərlə çıxış etmək niyyətindədir.

Bunu Venesuelanın neft sənayesi naziri Nelson Martines özünün "Twitter"dəki mikrobloqunda bildirib.

Qeyd edək ki, sammitdə OPEC və kartelə üzv olmayan ölkələrin neft hasilatını azaltması barədə anlaşma çərçivəsində hasilat monitorinqinin nazirlər səviyyəsində müzakirəsi gözlənilir.

N.Martinesin sözlərinə görə, Venesuela gələn həftə keçiriləcək Monitorinq Komitəsinin iclasına yeni təkliflər hazırlayıb.

Reaksiya.az

Şərhlər