Qızılın ucuzlaşması davam edəcək

02.05.2017 21:24     Ecoreaksiya     1539

Dünya bazarında qızılın qiyməti dünən, mayın 1-də 1,5% azalaraq 1 254 dollar/unsiyaya qədər geriləyib.

"Report" xəbər verir ki, buna səbəb kimi qlobal maliyyə bazarlarında riskli aktivlərə olan tələbatın artması və bu gündən başlayaraq iki gün davam edəcək ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclasında uçot dərəcəsinin gələcəyi ilə bağlı xəbərlər göstərilir. 

Qeyd edək ki, inkişaf etmiş ölkələrin, xüsusilə ABŞ və Avrozona şirkətlərinin yüksək mənfəət göstəriciləri açıqlaması səhm bazarına müsbət təsir edərək indekslərin artmasına səbəb olub. İnvestorlar qızıl kimi risksiz və dividend gətirməyən maliyyə aktivlərindən səhm və istiqrazlara yönəliblər.

"Report"un analitik qrupu bildirir ki, qızılın qiyməti mayın 17-də bu ilin ən maksimal səviyyəsi - 1 297,4 dollar/unsiyaya çatdıqdan sonra geriləməyə başlayıb. Texniki təhlillər onu göstərir ki, qızılın qiyməti getdikcə azalmağa davam edəcək. Qısamüddətli perspektivdə qızılın qiyməti 1 130 dollar/unsiya, yaxın 3 il ərzində isə 800 dollar/unsiyaya qədər geriləyəcək. Geriləməyə əsas səbəb kimi Çin və Hindistan kimi qızıl tələbi yüksək olan ölkələrdə iqtisadi artımın zəifləməsi nəticəsində burada qızıla tələbatın azalması amili olacaq.

Reaksiya.az

Şərhlər