Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycana 360 milyon avro kredit ayırıb

13.06.2017 11:25     Ecoreaksiya     1643

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) fəaliyyətə başlayandan Azərbaycanın özəl sektoruna 360 milyon avro kredit ayırıb.

Bunu QDTİB-nin Azərbaycanın biznes və bank dairələri üçün təqdimatında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, bankın Azərbaycanın kredit portfelində payı 8,3 faiz təşkil edir:

"Azərbaycan, həmçinin bankın səhmdar kapitalında iştirak edir, burada bizə səhmlərin 5 faizi məxsusdur. Biz bankın 7-ci iri səhmdarıyıq".

Reaksiya.az

Şərhlər