ADNSU ilin sonunadək “Made in Azerbaijan” brendi altında bazara məhsullar çıxaracaq

16.06.2017 12:52     Ecoreaksiya     1852

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 2017-ci ilin sonunadək layihələrdən bir neçəsi üzrə istehsalın təşkil edilməsini və məhsulların “Made in Azerbaijan” brendi altında bazara çıxarılmasını planlaşdırır.

Bu barədə ADNSU-nun rektoru, professor Mustafa Babanlı Universitetdə Lazer Mərkəzinin və II Startap və İnnovasiya Festivalının açılışı zamanı bildirib.”İndiyədək ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzində onlarla layihə hazırlanıb. Festivalda təqdim olunan 20 layihənin özəlliyi onların prototipinin hazırlanmasıdır.

ADNSU 2017-ci ilin sonunadək həmin layihələrdən bir neçəsi üzrə istehsalın təşkil edilməsini və məhsulların “Made in Azerbaijan” brendi altında bazara çıxarılmasını planlaşdırır”, – deyə rektor vurğulayıb.

Qeyd edək ki, ADNSU-nun Lazer Mərkəzinin açılışını təhsil naziri Mikayıl Cabbarov edib. Mərkəzin ilk mərhələdə təhsil mərkəzi kimi fəaliyyət göstərərək tələbələrə bu sahədə biliklərin verilməsi nəzərdə tutulur. Nəzəri baza və biliklərlə yiyələndikdən sonra burada iqtisadiyyat və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlıqların təmiri və bərpasının həyata keçirilməsi, eyni zamanda lazer başlıqların istehsalının təşkil olunması nəzərdə tutulub.

Reaksiya.az

Şərhlər