OPEC+ razılaşmasına daha 10 ölkə qoşula bilər

OPEC+ razılaşmasına daha 10 ölkə qoşula bilər
Tarix: 29.11.2017 11:54
Oxunma sayı: 282
Paylaş:

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan daha 10 ölkə OPEC+ razılaşmasına qoşula bilər. 

Bu barədə TASS agentliyinə OPEC-dəki mənbə deyib.

Mənbənin məlumatında deyilir ki, bu ölkələr arasında Türkmənistan, Özbəkistan, Boliviya, Çad, Konqo, Qana, Kot-dİvuar, Seneqal, Misir və Uqanda var.

Qeyd edək ki, OPEC üzvləri və qeyri-üzv dövlətlərin nazirlərinin Vyanada III iclası noyabrın 30-da keçiriləcək.

Reaksiya.az

 

Şərhlər