Azərbaycan nefti bahalaşıb

21.12.2017 23:08     Ecoreaksiya     1694

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 20-də 66,54 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,78 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 20-də 65,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,8 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 20-də 62,75 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,97 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 20-də 64,42 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,01 dollar/barel çoxdur.

Reaksiya.az

Şərhlər