Bayram günləri Şahdağa turist axını olub

04.01.2018 15:00     Ecoreaksiya     1873

Artıq 6-cı mövsümdür ki, “Şahdağ” Turizm Mərkəzində Yeni il tətilini tam fərqli ab-havada qarşılamaq istəyənlər üçün xüsusi bayram şənlikləri təşkil olunur.

Bayram günləri qış turizm mövsümünün ən gözlənilən anlarıdır. Bayram tətilini əsl qış mühitində, qarlı dağların əhatəsində və təmiz dağ havasında keçirmək istəyənlər üçün isə Şahdağ ideal məkan olduğundan buraya üz tutan turistlərin sayı ilbəil durmadan artır.

Turizm Mərkəzindən Reaksiya.az-a bildirilib ki, hər il olduğu kimi bu il də Yeni il tədbirləri qonaqlara əsl bayram əhval-ruhiyyəsi yaşadaraq, onlarda maraqlı və unudulmaz təəssüratlar yaradıb. Bayram ərəfəsində 5 istirahət günü ərzində mərkəzi 16 mindən çox turist ziyarət edib. Onların 40 faizdən çoxu məhz xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarları olub.

Bayram günlərində turistlərin istirahətini və bayram tətillərini ən yüksək səviyyədə təşkil etmək üçün turizm mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.

Reaksiya.az

Şərhlər