Səfir: "Ələt və Türkmənbaşı limanları yükdaşımaların coğrafiyasını dəyişdirəcək"

"Azərbaycanla Türkmənistanı tarixi, etnik və mədəni bağlar birləşdirir. Reaksiya.az apa-ya istinadən verdiyi məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Türkmənistanın Azərbaycandakı səfiri Mekan İmankuliyev deyib.

 

O bildirib ki, Türkmənistanla Azərbaycan ümumi köklərə və ənənələrə malik qardaş ölkələrdir: "Bu isə əlaqələrimizi daha da inkişaf etdirməyə təkan verir. Ölkələrimiz coğrafi baxımdan çox yaxşı mövqedə yerləşir. Həmçinin "İpək yolu" iki ölkənin ərazisindən keçir. Biz nəqliyyat sahəsində əlaqələrimizin inkişafını davam etdirəcəyik. Bunun üçün böyük planlar və perspektivlər var".


Səfir qeyd edib ki, Azərbaycan Ələt, Türkmənistan isə Türkmənbaşı limanının inkişafı üçün işlər görür: "Bu limanlar arasında əlaqələr yüklərin daşınmasının coğrafiyasını dəyişdirəcək və inkişaf etdirəcək. Biz Asiya ilə Avropa arasında əlaqələri inkişaf etdirməyi hədəfləmişik". 

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər