İlham Əliyev Putinə məktub göndərdi

12.02.2018 12:40     Ecoreaksiya     2061

Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsalığı məktubu göndərib.

"Hörmətli Vladimir Vladimiroviç!

Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası barədə xəbər məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, dünən Rusiyada baş verən təyyarə qəzasında 71 nəfər həlak olub.

Reaksiya.az

Şərhlər