Azərbaycanda neft-qaz hasilatı azalıb

16.02.2018 10:14     Ecoreaksiya     1726

Yanvarda Azərbaycanda neft hasilatı 0,2 faiz, əmtəəlik qaz hasilatı isə 5,9 faiz azalıb.

Dövlət Statistika Komitəsindən Reaksiya.az-a bildirilib ki, yanvar ayında 3,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin neft sektorunda məhsul istehsalı eyni səviyyədə qalıb. Sənaye məhsulunun 75,9 faizi mədənçıxarma sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 0,2 faiz, əmtəəlik qaz hasilatı 5,9 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,2 faiz azalıb.

Reaksiya.az

Şərhlər