"Azerspace-2/Intelsat 38"in orbitə buraxılışı mayın 25-nə planlaşdırılıb

06.04.2018 11:48     Ecoreaksiya     1120

Azərbaycanın ikinci geostasionar peyki "Azerspace-2/Intelsat 38"in buraxılışı mayın 25-ə planlaşdırılıb.

Bu barədə Azərbaycan peykinin buraxılışı ilə məşğul olan Fransanın "Arianespace" şirkəti məlumat yayıb.

Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

Reaksiya.az

Şərhlər