"Azərişıq": Abunəçinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı vahid tarif tətbiq ediləcək

27.04.2018 13:24     Ecoreaksiya     1466

"Əhali qrupuna daxil olan abunəçilərin elektrik enerjisi şəbəkəsinə qoşulması maksimum 5 gün çəkir".

Bunu “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmlinin “Elektron hökumətlə bağlı “Azərişıq” ASC-də həyata keçirilən yeniliklər, bunun sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması və digər xidmətlərdə rolu” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, qanunda bu müddət 15 gün müəyyən edilib: "Cənab sədrin göstərişi var ki, abunəçinin elektrik enerjisi şəbəkəsinə qoşulması 3 günü keçməməlidir".

"Azərişıq" rəsmisi abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarifin olacağını qeyd edib: "Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Tezliklə abunəçilərin şəbəkəyə qoşulması üçün məsafədən asılı olmayaraq işlədiləcək hər kVt/saat elektrik enerjisinə görə vahid tariflər müəyyən ediləcək. Bu günə qədər tariflər çəkilən xəttin en kəsiyi, məsafədən asılı idi".

 

Reaksiya.az

Şərhlər