İtaliyanın Triest limanının prezidenti: "Azad Ticarət Zonasının inkişaf etdirilməsi sadə məsələ deyil"

10.05.2018 12:35     Ecoreaksiya     1398

"Bakının Ələt qəsəbəsində yaradılan Azad Ticarət Zonası böyük potensiala malikdir".

Bunu "Report"a açıqlamasında İtaliyanın Triest limanının prezidenti Zeno Daqostino deyib.

Onun sözlərinə görə, Zonaya daxil olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı böyük logistika mərkəzidir və onun gələcəkdə daha da inkişaf etdirilməsi imkanları mövcuddur.. 

Bununla belə, qonaq qeyd edib ki, logistika sahəsində təkcə infrastruktur yaratmaqla kifayətlənmək olmaz: "Azad Ticarət Zonasının inkişaf etdirilməsi üçün Azərbaycanın idarəçiliyə, logistika sahəsi üzrə universitetlərə ehtiyacı var. Bu, dünyada sözügedən məkanın rəqabətqabiliyyətli olması çox vacib amildir. Azad Ticarət Zonası yaratmaq üçün maliyyə ola bilər, ancaq real ərazi və idarəçilik sadə məsələ deyil". 

Reaksiya.az

Şərhlər