“Azərpoçt”un əməkhaqqı kartlarında “sms xəbərdarlıq” xidməti pulsuz olub

Nəqliyyat, Rabitəvə Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin emissiya etdiyi əməkhaqqı kartlarında “sms xəbərdarlıq” xidməti müştərilərə pulsuz təklif olunur.

Nazirlikdən verilən məlumata görə, “Azərpoçt” MMC-nin emissiya etdiyi əməkhaqqı kartlarının sahibləri artıq aparılan bütün əməliyyatlardan qısa zamanda xəbər tutacaqlar.  Belə ki, kart sahibləri aparılan bütün əməliyyatlar - kart hesabı üzrə mədaxil və məxaric əməliyyatları, hesabın qalığı  haqqında dərhal xəbərdarlıq SMS-i alacaqlar.

Əməkhaqqı kartının sahibi “Azərpoçt” MMC-yə məxsus istənilən ATM-ə yaxınlaşaraq, xidmətlər bölməsindən “sms xəbərdarlıq” xidmətini aktivləşdirə bilər.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin emissiya etdiyi əməkhaqqı kart sahiblərinin bu günə olan sayı 22 min 305 nəfərdir. (APA)

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar