Azərbaycanın 5 bankı və 3 BOKT-u Kənd Təsərrüfatı Nazirliyi ilə niyyət protokolu imzalayıb

24.05.2018 11:32     Ecoreaksiya     1640

Kənd Təsərrüftı Nazirliyi qrar sektorun maliyyə resurslarına çıxışının asanlaşdırılması istiqamətində növbəti tədbirini həyata keçirib.

Reaksiya.az  xəbər verir ki, Bakıda fermerlərə və kənd təsərrüfat məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində şəffalığı təmin etmək məqsədi ilə bir sıra bank və bank olmayan təşkilatlarla (BOKT) niyyət protokollarının imzalanma mərasimi təşkil olunub. 

Protokollar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidməti ilə 5 bank - "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Kapital Bank", "Turan Bank", "Rabitəbank" ASC-lər, eləcə də "Aqrarkredit" QSC, "Finoko" ASC və "Finans İnvest" MMC BOKT-larla imzalanıb. 

Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, rəhbərlik etdiyi qurumun hədəflərinə fermerlərin rahat şəkildə kredit alması ilə yanaşı kənd təsərrüfatına xarici investisiyaarın cəlb edilməsi də daxildir.

"Üç əsas prinsipimiz var: 1-ci fermerlərə yaxın olmaq, onların kreditlərə çıxışını təmin etmək, 2-ci şəffaflıq, 3-cü innovasiyaların tətbiq olunmasıdır. Hazırda müxtəlif dövlət və beynəlxalq qurumlarla yeni yanaşmalar üzərində işləyirik", - o əlavə edib. 

Reaksiya.az

Şərhlər