Son 15 ildə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb

Son 15 ildə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb.

Bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti şöbəsinin müdiri Elçin İbrahimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son 15 ildə sahibkarlığın inkişafı ilə bağlı görülən işlərin nəticəsi olaraq hüquqi şəxslərin sayı 2 dəfə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 5,1 dəfə artıb.

E.İbrahimovun sözlərinə görə, həmçinin son 15 ildə görülən işlərin nəticəsi olaraq, ötən il sahibkarlıq subyektlərinin özəl sektorun ÜDM-də payı 84 faiz, məşğulluqda payı isə 75,3 faiz artıb.

Advertisement Banner

Şərhlər