Cənub Qaz Dəhlizinə ilk qaz vuruldu

29.05.2018 11:25     Ecoreaksiya     1356

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib.

Reaksiya.az xəbər verir ki, həmçinin XXV yubiley Beynəlxalq Neft və Qaz sərgisinin də açılışı olub, mərasim sərginin keçirildiyi Bakı Ekspo Mərkəzində canlı yayımlanıb.

Prezident İlham Əliyev mərasimdə nitq söyləyib.

Açılış mərasimində ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri xanım Sandra Oudkirk çıxış edib.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin mərasim iştirakçılarına müraciətini oxuyub.

Səfir Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini səsləndirib.

Sonra Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin və "BP Group Upstream"in baş icraçısı Bernard Luney çıxış etdilər.

Daha sonra “Şahdəniz 2” / Cənub Qaz Dəhlizi layihələri haqqında BP tərəfindən hazırlanmış videoçarx təqdim olunub.

Sonda Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin açılışını edib.

Cənub Qaz Dəhlizinə ilk qazın vurulmasına başlanıb.

Reaksiya.az

Şərhlər