200 manatlıq əskinaslar dövriyyədə

Artıq Azərbaycan Mərkəzi Bankının bankomatlarında bir müddət öncə ölkədə dövriyyəyə buraxılan 200 manatlıq əskinasları əldə etmək mümkündür.  

Bununla bağlı məlumat bank tərəfindən verilib. 

Bu gündən etibarən inkassasiya zamanı başqa nominallarla yanaşı, bankomatlardan 200 manatlıq əskinaslar da veriləcək. 

Hazırda 200 manatlıq əskinaslar AMB-nin baş ofisindəki, Səbail, Nəsimi, Mərkəzi filiallarındakı, “Port Baku” və “SOCAR Tower” ofislərindəki bankomatlara paylanılıb. Yaxın vaxtlarda bu əskinasları AMB-nın bütün bankomatlarından əldə etmək mümkün olacaq.

Reaksiya.az

Advertisement Banner

Şərhlər