İlin əvvəlindən indiyədək ixracatçılara 1 milyon 745 min manatdan çox ixrac təşviqi ödənilib

12.06.2018 11:51     Ecoreaksiya     1075

İndiyədək İqtisadiyyat Nazirliyinə və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna ixrac təşviqinin alınması üçün 219 müraciət olub.

Bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Nazir müavini qeyd edib ki, ilin əvvəlindən indiyədək ixracatçılara 1 milyon 745 min manatdan çox ixrac təşviqi ödənilib. Nəticədə 23 milyon 200 min manat məbləğində qeyri-neft məhsulları ixrac olunub.

Reaksiya.az

Şərhlər