Nazir: "Neft hasilatının həcmi OPEC və qeyri-OPEC nazirlərinin qarşıdakı iclasında birgə müəyyənləşdiriləcək"

22.06.2018 12:39     Ecoreaksiya     959

Energetika naziri Pərviz Şahbazov Vyanda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb.

Nazirlikdən verilən məlumat görə, görüşdə neft bazarında mövcud vəziyyət, neft hasilatının azaldılması ilə bağlı mövcud öhdəliklərə dəyişikliklərin mümkün variantları nəzərdən keçirilib. 

Nazir bildirilib ki,  2016-cı ildə əldə olunmuş razılığa əsasən OPEC+ ölkələri gündəlik neft hasilatını 1,8 mln. barrel azaltmalı olduqları halda, faktiki olaraq bu göstərici təxminən 2,8 milyon barrel  təşkil edir: "Bu isə neftə artan tələbatın ödənilməsində problemlər yaradır. Ona görə də neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir və  həcmlər OPEC və qeyri-OPEC nazirlərinin qarşıdakı iclasında birgə müzakirə əsasında müəyyənləşdiriləcək".

P. Şahbazov dünya neft bazarında proseslərin  neft istehsalı və ixracı ilə məşğul olan  ölkələrin  maraqlarına uyğunluğunun təmin edilməsi üçün birgə səylər göstərilməsinin mühümlüyünü qeyd edib.

Azərbaycanda  neft hasilatı ilə bağlı hazırkı və proqnozlaşdırılan imkanlar barədə məlumatı diqqətə çatdırıb. Dünya neft bazarının sabitləşdirilməsi prosesinin iştirakçısı kimi bundan sonra da ölkəmizin dəstəyini ifadə edib.(apa)

Reaksiya.az

Şərhlər