Azərbaycanda dövlətin antiinflyasiya siyasəti və onun tənzimlənməsi istiqamətləri

 Bütün  ölkələrdə  inflyasiyanın  öz yaranma səbəbləri  var. Lakin bu prosesdə  müxtəlif faktorların olması  ölkənin konkret iqtisadi şəraitindən asılıdır.  Sənayecə inkişaf etmiş ölkələrdə (xüsusən ABŞ və  əksər qərb ölkələrində) inflyasiyanın artım tempini çox  dar ölçüdə saxlamaq mümkün olur. Bu siyasətin məqsədyönlü  olması üçün inflyasiya mexanizminin elementlərindən düzgün istifadə  etmək lazımdır. Manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaq,  qeyri – neft sektorunun rəqabət qabiliyyətinin aşağı düşməsinə və xarici ticarət  şəraitinin pisləşməsinə, inflyasiya təhlükəsini artıran manat emissiyasına yol verilməməlidir.  Manatın sabitliyini və inflyasiyanın cilovlanmasını təmin edən sərt pul – kredit siyasəti elə aparılmalıdır  ki, bu siyasətin iqtisadiyyata olan mənfi təsirini minimuma endirmək mümkün olsun. Buna nail olmaq üçün möhkəm  iqtisadiyyata söykənən əsl maliyyə sabitliyi olan mikromaliyyə sabitliyinin yaradılması zəruridir.

         Hər  bir hökumətin  əsas vəzifəsi – onun  tərəfindən keçirilən antiinflyasiya kursu  və inflyasiya gözləməsinin stabilliyinin dəyişilməzliyinə  əhalini inandırmaqdır. Əgər bu həll edilərsə və etibar bərpa  olunarsa, onda hakimiyyət ictimai fikirləri idarə edərək vacib antiinflyasiya  məqsədlərinə hətta bunun üçün zəruri resurların kifayət qədər olmadığı şəraitdə  nail olmağın real imkanlarını əldə edir.

          İnflyasiyaya  müxtəlif cür təriflər  verilir. ABŞ iqtisadçıları  inflyasiyanı qiymətlərin ümumi  səviyyəsinin qalxması kimi səciyyələndirirlər.  (“Ekonomiks” I,II cild kitabına istinadən). Bəzi  müəlliflər pul tədavülü sferasının həddən artıq kağız  pulla dolmasını inflyasiya hesab edirlər. Lakin inflyasiyanın  ən ümumi, geniş tərifi belədir: İnflyasiya tədavülə əmtəə dövriyyəsinin tələblərindən  artıq pul kütəsinin buraxılması nəticəsində əmtəələrin qiymətlərinin artması və pul vahidinin  qiymətdən düşməsi deməkdir (S. İbadov “İqtisadi nəzəriyyə kitabına istinadən). İnflyasiya qiymətlərin  ümumi artımı formasında baş verir. Pulun alıcılıq qabiliyyəti aşağı düşür. Başqa cür desək, pulun dəyəri  düşür. Pulun qiymətdən düşməsi əmtəə qiymətinin artmasına gətirib çıxardı. Bununla da inflyasiya meydana çıxır. ( Bu söz  latın dilindən “qabarma” kimi tərcümə olunur.)

 

         Antiinflyasiya  siyasəti – qiymətlərin  ümumi səviyyəsinin sabitləşməsinə yönəlmiş  makroiqtisadi siyasətdir. İnflyasiya kəskinliyin  yumşaldılmasına yönəldilmişdir.

         Hər bir dövlət  mümkün olan vasitələrlə  inflyasiyanın qarşısını almaq, heç  olmasa onun sürətini azaltmaq məqsədilə  antiinflyasiya tədbirləri həyata keçirir. Bu  proramlar iqtisadiyyatın sabitləşdirilməsində zəruri  tədbir hesab olunur. Proqramın əsasını inflyasiyanın səbəblərinin  və amillərinin obyektiv təhlili, onu aradan qaldırmağa, yaxud sürətini  azaltmağa imkan verən tədbirlər kompleksi təşkil edir. Dövlətin antiinflyasiya  siyasəti əsasən, iki formada olur: radikal və adaptasiya.

 Radikal siyasət – inflyasiyanı  törədə səbəbləri aradan qaldırmağa yönəldilmişdir.

         Adaptasiya  siyasəti – inflyasiyaya  uyğunlaşmaq və onun mənfi  cəhətlərini azaltmaqla həyata  keçirilir. Adaptasiya siyasətində  bütün bazar subyektləri (dövlət, firmalar)  öz fəaliyyətlərində inflyasiyanı, əsasən, pulun  alıcılıq qabiliyyətinin düşməsini nəzərə alırlar.  Firmalar inflyasiya şəraitində qoyulan kapitalın tez  geri qayıtmasını mümkün edən layihələrə üstünlük verirlər. Göründüyü  kimi adaptasiya siyasətində inflyasiyanın mənşə səbəbləri nəzərə alınmır.

         İnflyasiyanın  neqativ sosial  və iqtisadi nəticələri  müxtəlif ölkələrin hökumətlərini  müəyyən iqtisadi siyasət aparmağa  vadar edir. Dövlət tərəfindən pul kütləsinin  tənzimlənməsinə həmişə diqqət yetirilmişdir. Antiinflyasiya  siyasətinin pul-kredit, büdcə, vergi tədbirləri, sabitlik proqramları  və fəaliyyətin tənzimlənməsi üzrə gəlirlərin bölüşdürülməsi və s. kimi  zəngin çeşidləri vardır. Antiinflyasiya siyasətinin xarakterini qiymətləndirərkən,  üç ümumi yanaşmanı ayırmaq olar. Birinci (keynsin müasir tərəfdarları tərəfindən təklif  olunur.) çərçivədə fəal büdcə siyasəti nəzərdə tutulur. Bu zaman dövlət öz xərclərini məhdudlaşdırır  və vergiləri artırır. Nəticədə tələbat azalır, inflyasiyanın tempi aşağı düşür. Lakin eyni zamanda istehsalın  və investisiyaların azalması baş verə bilər. Bu da durğunluğun yaranmasına gətirib çıxara bilər. Hətta ilkin olaraq  qoyulmuş məqsədlərə zidd olaraq, işsizlik inkişaf edə bilər.

İkinci yanaşma  iqtisadi nəzəriyyənin  monetarizm tərəfdarları  tərəfindən tövsiyə olunur.  Çevik təsir göstərən pul – kredit  tənzimlənməsi mövcud iqtisadi vəziyyət  üçün ön plana çəkilir. Bu növ tənzimlənmə  zamanı pul miqdarı və borc faiz dərəcələri dəyişir.  Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, dövlət ödəniş  qabiliyyətinin məhdudlaşdırılması üçün antiinflyasiya tədbirləri  görməlidir. Çünki işsizliyin təbii səviyyəsinin azaldılması yolu  ilə iqtisadi artımın stimullaşdırılması və süni məşğulluğun dəstəklənməsi  inflyasiya üzərində nəzarətin itirilməsinə doğru aparır.

 Bir çox ölkələrin  hökümətləri 60-cı illərdən  başlayaraq nəzarətdən çıxan inflyasiyanı  cilovlamaq üçün qiymət, gəlir siyasətini  aparmışlar və əmək haqqlarını məhdudlaşdırmışlar.  Bu da üçüncü metodun əsasını təşkil edir. Çünki bu  siyasət inflyasiya ilə bazar siyasəti üsulları ilə deyil,  inzibati üsullarla mübarizə aparır və həmişə qarşıya qoyulmuş  məqsədə çatır.

  Antiinflyasiya  tədbirlərinin həyata keçirilməsində  böyük təcrübəyə malik olan qərb ölkələrində  uzunmüddətli və qısamüddətli siyasətin əlaqələndirilməsi  məqsədə uyğun göstərilir.

         Uzunmüddətli  siyasət özündə  ilk növbədə dövlət  xərclərinin azaldılması və  vergilərin artırılması hesabına  büdcə kəsrinin azaldılması üzrə tədbirləri birləşdirir.  İkincisi, pul kütləsinin illik artımı üçün pul dövriyyəsi  sahəsində tədbirlər, xüsusilə sərt limitlərin müəyyənləşdirilməsidir.  Bu da inflyasiyanın səviyyəsinə nəzarət etməyə imkan verir. Üçüncüsü,  iqtisadiyyata inflyasiyanın büdcə kəsrinin maliyyələşdirilməsi üçün qısamüddətli  kredit və borclar şəklində təsirinin azaldılmasıdır.

         Qısamüddətli  antiinflyasiya  tədbirləri inflyasiyanın  tempinin müvəqqəti azaldılması  üçün yönəldilir. Bu məqsədlə dövlət  əsas istehsala əlavə kənar mallar və xidmətlər  buraxan müəssisələrə əlavə güzəştlər verir.

          2017- ci  ilin yanvar - iyun  aylarında Azərbaycanda  istehlak məhsullarının və  xidmətlərin qiymətləri 2016 – cı  ilin müvafiq dövrünə nisbətən 13,9  faiz artıb. Dünya  Bankının  Avropa və  Mərkəzi Asiya  ölkələri üzrə baş  iqtisadçısı Hans Timmerin  “Trade in Transition” adlı  regional hesabat açıqladı. Hesabatda bildirilirdi ki,  yaxın 3 il ərzində Azərbaycanda inflyasiya əhəmiyyətli dərəcədə azalacaq. Hesabata əsasən, 2017-ci ildə ölkədə inflyasiyanın həcmi 7,8, 2018-ci ildə 4,2, 2019-cu ildə isə 3,8 faiz təşkil edəcək. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ildə Azərbaycanda inflyasiya 12,4 faiz təşkil edib. 

         Beləliklə,  Mərkəzi  Bank valyuta  siyasəti yeritməli,  eyni zamanda ölkədə həyata  keçirilən sosial – iqtisadi inkişaf  proqramlarının realizasiyasına dəstək  verməlidir. Bunun nəticəsində də baza  aşağıdakı tədbirləri görməklə inflyasiyanın  təkrəqəmli səviyyədə saxlanmasına və maliyyə sabitliyinin  qorunmasına nail ola bilsin:

1.Özəl  müəssisə  və təşkilatlara  iri dövlət sifarişlərinin  verilməsi;               

2. Kommersiya kreditlərinin faizlərinin aşağı  salınması;         

3. Pul emissiyasının qarşısının alınması;                                                                                                   

4. Dövlətin iqtisadi sferaya müdaxilələrinin minimuma endirilməsi;

5. Vergi stimullaşdırılmasının  tətbiqi;

6. Işsizliyin səviyyəsi  və əmək haqqı arasında olan mütənasibliyin gözlənilməsi;                                                          

7. Qiymət və əmək haqqı sisteminin liberallaşdırılması;

8. Milli valyutanın dəyərdən düşməsinin qarşısının alınması;                                

9. Hökümətin gəlir və xərclərinin balanslaşdırılması, büdcə kəsrinin minimuma endirilməsi;

10.Dolayı vergilərə üstünlük verilməsi. və s.

Fərqanə QafarovA

Reaksiya.az

Advertisement Banner

Şərhlər