Manatın yeni məzənnəsi açıqlandı

Avronun məzənnəsi azalaraq 1,9550 manat təşkil edib

 Azərbaycan Mərkəzi Bankı 18 oktyabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb. Reaksiya.az xəbər verir ki, bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, 1 ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Avronun məzənnəsi 0,5% azalaraq 1,9550 manat, rus rublu isə 0,38% azalaraq 0,0259 manat təşkil edib. 1 türk lirəsi 0,3042 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6331 manatdır.

Qeyd edək ki, oktyabrın 17-də 1 ABŞ dollarının məzənnəsi 1,7000 manat, avronun məzənnəsi 1,9649 manat, Rusiya rublunun məzənnəsi 0,0260 manat təşkil edib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər