OPEK PREZİDENTİ: NÖVBƏTİ OPEK+ GÖRÜŞÜ GƏLƏN İLİN I RÜBÜNDƏ BAKIDA KEÇİRİLƏCƏK

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv dövlətlərin növbəti birgə görüşü fevralın sonu və ya martın əvvəlində Bakıda keçiriləcək.
 
Bu barədə OPEK-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Suheyl əl-Məzrui Neft İxrac edən Ərəb Ölkələri Təşkilatının konfransında bildirib.
 
BƏƏ-nin energetika nazirinin qeyd etdiyinə görə, neft hasilatçılarının görüşündə neft bazarının 2018-ci ilin yayında əldə edilən tarazlığa qaytarılması barədə danışıqlar aparılacaq.
 
Azərbaycan energetika nazirinin müşaviri Zəminə Əliyeva "Report"a OPEK+ çərçivəsində növbəti görüşün fevralın sonu, martın əvvəlində Bakıda keçiriləcəyi ilə bağlı məlumatı təsdiqləyib. Lakin o bildirib ki, görüşün dəqiq tarixi hələlik müəyyənləşdirilməyib.
 
Qeyd edək ki, dekabrın 7-də OPEK+ 2019-cu ilin yanvar ayından ilin I yarısında gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılığa gəlib. Bu həcmin 800 min bareli OPEC, 400 min bareli qeyri-OPEC üzvlərinin payna düşür.
Advertisement Banner

Şərhlər