Ötən ay Gürcüstan Azərbaycandan 4,7 mln. dollarlıq neft və neft məhsulları idxal edib

19.02.2019 12:36     Ecoreaksiya     939

 Yanvar ayında Gürcüstan Azərbaycandan 4 mln. 739,7 min dollar dəyərində neft və neft məhsulları idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi neft və neft məhsullarının ümumi həcmi 9 mln. 322,2 ton təşkil edib ki, bu da illik müqayisədə 356,5 min ton və ya 3,6% azdır.

Ötən ilin yanvar ayında Gürcüstan Azərbaycandan ümumi dəyəri 5 mln. 701,9 min dollar olan 9 mln. 678,7 ton neft və neft məhsulları idxal edib. 

Reaksiya.az

Şərhlər