Nazir: "Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolu bir daha təsdiqlənib"

 "Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclasında iştirak edən ölkələr tərəfindən imzalanan birgə bəyannamədə strateji əməkdaşlıq vurğulanıb və Azərbaycanın layihədəki rolu bir daha təsdiqlənib".

Bunu Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclasından sonra keçirilən mətbuat konfransında energetika naziri  Pərviz Şahbazov bildirib.

O deyib ki, Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi çərçivəsində görülən işləri yüksək qiymətləndirib. 

Nazirin sözlərinə görə, bu il iştirakçı ölkələrin sayı artıb və indiki iclasda 17 ölkə iştirak edib və Macarıstan, Serbiya, San-Marino ilk dəfə qatılıb: "Bu da layihəyə marağın artdığını göstərir. Cənub Qaz Dəhlizinə daxil olan layihələrin üçü - "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu Boru Kəmərinin (TANAP) Türkiyəyə qaz çatdırılan hissəsi üzrə işlər yekunlaşıb, Avropaya Azərbaycan qazını nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 85%-i yekunlaşıb".(report)

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar