AVSTRİYA "CƏNUB QAZ DƏHLİZİ" VASİTƏSİLƏ QAZ ALACAĞINA ÜMİD EDİR

07.03.2019 13:30     Ecoreaksiya     997

Avstriya Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" vasitəsilə qaz alacağına ümid edir.

Bunu Trend-ə Avstriyanın Davamlı İnkişaf və Turizm üzrə Federal Nazirliyindən deyiblər.
 
Qurumdan bildirilib: "Biz Azərbaycanın Avropaya istehlakçılar üçün rəqabət qabiliyyətli qiymətlərlə enerji resurslarının təhlükəsiz tədarükünün təmin edilməsi üzrə səylərini qiymətləndiririk. "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması başa çatanda Azərbaycandan qaz həcmlərinin Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan, İtaliya vasitəsilə digər Avropa ölkələrinə, o cümlədən Avstriyaya tədarük olunacağını gözləyirik".
 
Qeyd olunub ki, "Cənub Qaz Dəhlizi" təbii qaz tədarükünün şaxələndirilməsini təmin edir və tədarükün təhlükəsizliyini artırır: "Azərbaycanın bu layihənin həyata keçirilməsində əsas amil kimi həlledici rolu danılmazdır".
 
Vurğulanıb ki, karbohidrogen ehtiyarlarının həcmi və coğrafi mövqeyi Azərbaycanı beynəlxalq energetika biznesində əvəzsiz tərəfdaş edir: "Biz Azərbaycanla uzunmüddətli enerji əməkdaşlığını yüksək qiymətləndiririk".
 

Şərhlər