BOA kollektor agentliyi: Banklara 10 min dollara qədər borcu olan vətəndaşlarla işləri dayandırmışıq

Azərbaycanda vaxtı keçmiş borcların yığılması ilə məşğul olan "BOA Kollektor Agentliyi" MMC Prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı imzaladığı fərmanı nəzərə alaraq banklara 10 min ABŞ dollarına qədər borcu olan vətəndaşlarla işləri dayandırıb. 

Bu barədə "Report"a açıqlamasında şirkətin direktoru Samir Mustafayevməlumat verib. 

“Hazırda 10 min dollardan çox borcu olan vətəndaşlarla, eləcə hüquqi şəxslərlə çalışırıq. Bildiyiniz kimi, prezident fərmanının icrasına başlanılıb və fərmanın əhatə dairəsinə düşən şəxslərin siyahısı hazırlanır. Siyahı açıqlandıqdan sonra portfelimizə baxacağıq və fərmanın şamil olunduğu müştərilərin işlərini banklara geri qaytaracağıq". 

Reaksiya.az

Advertisement Banner

Şərhlər