Şahin Mustafayev: "Diqlas" ticarət mərkəzində yanğından zərərçəkmiş sahibkarlardan bu gündən sənəd qəbulu başlanılıb"

04.04.2019 15:40     Ecoreaksiya     970

"Diqlas" ticarət mərkəzində baş vermiş yanğın zamanı zərərçəkmiş sahibkarlardan bu gündən sənəd qəbulu başlanılıb".

"Report " xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, sahibkarlara ödənişlər "Kapital Bank " və "Turan Bank" vasitəsilə həyata keçiriləcək. Nazir qeyd edib ki, sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar dövlət yardımından xidmət haqqı tutmayacaqlar. Ş.Mustafayev əlavə edib ki, 20 sahibkar onlara təklif edilmiş ticarət mərkəzlərində yerləşdirilib."Bu günə olan məlumata görə 100-dən çox sahibkar kredit almaq üçün müraciət edib və 14 -15 mln. manat məbləğində kreditin ödənilməsi ilə bağlı tələb ortaya çıxıb. Biz bu tələbi qarşılamağa hazırıq. Sahibkarların İnkişaf Fondunda vəsait var. İlkin olaraq 3 mln. manat ayrılıb. Hökumətdə yaradılmış komissiya tərəfindən ziyanın məbləği tam bəlli olduqdan sonra sahibkarlara dəyən ziyan tam ödəniləcək", - deyə nazir vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar