Dollar bahalaşmağa başladı

Türkiyə ilə ABŞ arasında yenidən siyasi hərarətin yüksəlməsinə paralel olaraq ölkənin milli valyutası – lirə ilə bağlı neqativ proses başlayıb.

Teleqraf.com xəbər verir ki, dollar bu sabah Türkiyə birjalarında 5,93 səviyyəsinə qalxıb. Bu, son iki ayda ən yüksək məzənnə fərqidir.

Avronun məzənnəsi 6,59 TL olub.

Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alması səbəbindən sanksiya mövzusunun təkrar gündəmə gəlməsi, ABŞ-da “erməni soyqırımı” layihəsinin qəbul edilməsi və Türkiyəyə F-35 döyüş təyyarələrinin satışını qadağan edən və sanksiya çağırışı ehtiva edən layihənin gündəmə gəlməsi iki ölkənin münasibətlərini pisləşdirib.

Bu pisləşmə birjalara da öz təsirini göstərib.

Reaksiya.az

 
Advertisement Banner

Şərhlər

Çox oxunanlar