Azərbaycan iqtisadiyyatına bu il 2 mlrd. manatdan çox xarici investisiya yatırılıb

12.06.2020 12:45     Ecoreaksiya     1022

Bu ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala 4 907,6 mln. manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,8% az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 19,8% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 16,7% azalıb.

İstifadə olunmuş vəsaitin 3 282,3 mln. manatı və ya 66,9% məhsul istehsalı sahələrinə, 1 115,5 mln. manatı (22,7%) xidmət sahələrinə, 509,8 mln. manatı (10,4%) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 891,6 mln. manatını və ya 58,9%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 965,5 mln. manatı və ya 60,4% bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Qeyd edək ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 62,1 %, büdcə vəsaitləri 21,4 %, əhalinin şəxsi vəsaitləri 6,5 %, bank kreditləri 5,4 %, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,4 %, sair vəsaitlər isə 2,2 % təşkil edib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər