Dolların dəyərində kəskin eniş olacaq - Amerikalı alim

Artıq milyard dollarlarla maddi zərərə səbəb olmuş koronavirus böhranı və kütləvi iğtişaşlar, eləcə də heç br maddiyyat qarşılığında düzələ bilməyən yaralanmış ABŞ nüfuzu ekspertlər birliyini Amerikaya başqa gözlə baxmağa vadar edir.

 

Bir çox ekspertlər qeyd edirlər ki, ABŞ Çinlə soyuq müharibəyə başlamaqla öz imicini bərpa edəcək. Bu amerikan cəmiyyətini “sosial mədəni yapışqanla” yenidən bir arada toplayacaq , bərkidəcək.

Bəs ABŞ dollarının taleyi necə olacaq?

Amerikanın tanınmış eksperti Bloomberg-in ekspertlər qrupunun rəhbəri, iqtisadçı alim, Jackson Institute of Global Affairs–da baş elmi işçi Stiven Rouç dollarla bağlı qiyamət proqnozu verib. O “Dolları fəlakət gözləyir” adlı yazısı ilə diqqətləri üzərinə çəkib. Rouç qeyd edib ki, dünyanın əsas valyuta ehtiyatlarında dolların əvəzolunmaz rolunun sonu çatıb.

 

Stiven Rouç Stiven Rouç

 

“Baxmayaraq ki, bütün dollar problemləri koronavirus erası ilə üst-üstə düşdü ,lakin bu problemlər sistematik və struktur xarakteri daşıyır.

ABŞ gərəkəndən çox dollar istehsal etməklə yeni problemin əsasını qoyub.Lakin bunun əvəzini çox baha ödəməli olacaq.

Daxili ehtiyatı olmadan sərmayə qoyub böyümək üçün ABŞ həmişə dolların əsas valyuta keyfiyyətindən istifadə edib. Xarici kapitalı cəlb etmək üçün ABŞ 1982-ci ildən etibarən cari hesabların defisitini aparıb- bu da ən böyük ticarət ölçüsü hesab olunur. Koronavirus böhranı əldə olan ehtiyatlarla bu qaydada aparılan əməliyyatlar arasında gərginliyi artırır. Burda dövlət büdcəsinin defisitinin partlama halında olması günahkardır.

İlkin qlobal şok adladıqdan və dünya amerika iqtisadiyyatının həqiqətdə nə halda olduğunu gördükdən sonra,yəni ki, 2021-ci ildə dollar qiymətdən düşəcək, bu ABŞ-ın beynəlxalq ticarət apardığı ölkələrdə valyuta səbətində dolların 35 faiz dəyər itirməsi ilə nəticələnəcək.İqtisadçının sözlərinə görə, növbəti devalvasiya heç də uzaqda deyil.

Doktor Rouçinin sözlərinə görə, dünya liderliyi dolların statusunun qorunması elementlərindən biridir və Trampın proteksionizmi, Floydun ölümün ardınca ABŞ-ın beynəlxalq arenada imicinin sarsılması vəziyyəti daha da gərginləşdirir. “Əsas məsələ həllini tapmammış qalır. Amerikalılar çoxlu xərcləmək istəyirlər.Ən çox pul xərcləyənlər siyahısının başında elə Amerikan hökuməti dayanır.Onlar pula qənaət etməyi unudublar və prinsipial olaraq bunu arzulamırlar .ABŞ maliyyə naziri Stiven Mnuçin konqresə üz tutaraq borucu artırmağı təklif edi, başqa sözlə çoxlu dollar çap edib büdcəyə doldurmaq.Lakin etiraf etmək lazımdır.ABŞ-ın öz ideyalarını qorumaq üçün tipik bir yolu da qalıb. Başqa ölkələr ABŞ-dan daha pis vəziyyətə düşməlidirlər. O zaman o yenidən hamıdan güclü görəsənəcək”,- deyə amerikalı alim vurğulayıb.

Problem bundadır ki, dünya 60-cı illərdəkinə nisbətən çox dəyişib. ABŞ-ın bu şəkildə əməliyyatlar aparması cəzasız qalmayacaq, baxmayaraq ki, ABŞ hələ də Çin, Avropa İttifaqı və Rusiyaya qarşı sankisya terroru törətməkdən çəkinmir.

Reaksiya.az

Advertisement Banner

Şərhlər