Azərbaycanın valyuta ehtiyatları... - Məbləğ açıqlandı

18.09.2020 14:40     Ecoreaksiya     1032

Aşağı neft qiymətlərinə baxmayaraq ilin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli qalır ki, bu da strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır.

Reaksiya.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə, hazırda strateji valyuta ehtiyatları 51,4 milyard ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0,6% çoxdur. AMB-nin valyuta ehtiyatları isə ilin əvvəlindən 3,7% artıb.

Reaksiya.az

Şərhlər