Gəncədə erməni terroru nəticəsində yaralananların 10-u məktəblidir - RƏSMİ

12.10.2020 18:32     Ecoreaksiya     786

Oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dördü qadın olmaqla 9 nəfər həlak olub.

Reaksiya.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmçinin 16-sı qadın, altısı azyaşlı olmaqla 34 nəfər yaralanıb, 10-dan artıq çoxmənzilli binaya, 100-dən çox müxtəlif təyinatlı obyektlərə, o cümlədən məktəb binalarına ziyan dəyib.

Yaralananlardan 10 nəfəri məktəblidir. Ömər Mehdiyev Gəncə şəhəri 32 nömrəli tam orta məktəbin 2-ci, Səlim Mustafazadə həmin məktəbin 11-ci, Murad Cavadov 3-cü, Dinarə Muradova 2-ci, Rauf Muradov 4-cü, Hüseyn Əliyev 3-cü, Sevinc Rəhimova 6-cı sinif şagirdləridir.

Aysu Əliyeva isə Gəncə şəhəri 20 nömrəli tam orta məktəbin 10-cu, Şəfa və  Şəmiddin Şirinovlar 25 nömrəli tam orta məktəbin 6-cı və 7-ci sinfində təhsil alırlar.

Reaksiya.az

Şərhlər