IMF-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı - Proqnoz

13.10.2020 17:43     Ecoreaksiya     122

Bu il Azərbaycanda 4% iqtisadi azalma, gələn il isə 2% iqtisadi artım olacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı “World Economic Outlook” hesabatının oktyabr sayında bildirilir. 

Bundan başqa, sənəddə deyilir ki, 2020-ci ildə Azərbaycanda illik inflyasiya 3%, 2021-ci ildə isə 3,1% təşkil edəcək. 

İşsizlik səviyyəsinin isə müvafiq olaraq 6,5% və 5,8% təşkil edəcəyi gözlənilir. 

Reaksiya.az

 
Advertisement Banner

Şərhlər

Çox oxunanlar