Azərbaycan neftinin qiyməti 37 dollara düşüb

30.10.2020 10:42     Ecoreaksiya     538

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,61 ABŞ dolları, yaxud 4,1% azalıb.

Reaksiya.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 37,65 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Reaksiya.az

Şərhlər