UNEC-də Qarabağ iqtisadiyyatı ilə bağlı müzakirələr olacaq

13.11.2020 13:20     Ecoreaksiya     98

UNEC-də Qarabağ iqtisadiyyatı ilə bağlı müzakirələr təşkil olunacaq.

Universitetdən Reaksiya.az-a verilən məlumata görə, UNEC-in Tədqiqat mərkəzlərinin təşkilatçılığı ilə keçiriləcək 3 günlük tədbirlərdə Ermənistan işğalının Azərbaycana vurduğu zərər, onun metodologiyası və ilkin qiymətləndirməsi araşdırılacaq, Qarabağın azad edilməsinin Türk dünyasına iqtisadi təsiriləri təhlil ediləcək, eləcə də müharibədən sonrakı dövrdə Qarabağın iqtisadiyyatı, onun Regional İnnovasiya-Texnoloji Mərkəzin və dəyər zəncirinin mühüm həlqəsi kimi rolu ilə bağlı müzakirələr aparılacaq.

Müzakirələr UNEC-in tədqiqat mərkəzlərinin rəhbərləri ilə yanaşı, millət vəkilləri, İqtisadiyyat Nazirliyinin rəsmiləri, ölkənin aparıcı iqtisadçıları, eləcə də Qarabağ iqtisadiyyatını araşdıran türkiyəli alimlər tərəfindən aparılacaq.

Tədbirlər 16, 18 və 20 noyabr tarixlərində saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Müzakirələrin sonunda mövzu ilə bağlı izləyicilərin sualları cavablandırılacaq.

Qarabağ iqtisadiyyatı ilə maraqlanan hər kəsi müzakirələrdə iştirak etməyə dəvət edirik!

Reaksiya.az

Advertisement Banner

Şərhlər