Neft infrastrukturuna hücumlar qlobal tədarükdə qeyri-sabitlik yaradacaq

25.11.2020 14:04     Ecoreaksiya     960

“Enerji resurslarının dünya iqtisadiyyat üçün həlledici önəmi var və bu cür təcavüz qlobal neft tədarükünü pozacaq”.

Report “angi”yə istinadən xəbər verir ki, bunu Əlcəzairin energetika naziri, OPEC konfransının prezidenti Əbdülməcid Əttar Ciddə şəhərində “Saudi Aramco” şirkətinin yanacaq rezervuarlarına raket zərbəsi endirilməsindən sonra deyib.

Nazirliyin bəyanatında isə OPEC-in hansı ölkəsində baş verməsindən asılı olmayaraq, neft obyektlərinə hücumlar edilməsi qınanır.

Daha əvvəl Yəmənin qiyamçı hərəkatı olan “Ənsar Allah” (husilər) “Saudi Aramco”nun Ciddədəki obyektlərinə raket zərbəsi endirdiyini bildirmişdi. Onlar həmçinin belə hücumların davam edəcəyini açıqlamış və krallıqda fəaliyyət göstərən xarici şirkətlərə diqqətli olmalarını tövsiyə etmişdi.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi neft obyektlərinə edilən bu cür hücumların dünyada enerji tədarükünün sabitliyini pozmağa yönəldiyini bildirib. Eyni zamanda, yanacaq rezervuarlarına raket zərbəsi endirilməsinin “Saudi Aramco”nun tədarükünə təsir etməyəcəyi vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl 2019-cu il sentybarın 14-nə keçən gecə də “Saudi Aramco”nun obyektləri dronlar vasitəsilə hücum məruz qalmış və Abkaikdəki neft təmizləyici qurğuya zərər dəymişdi. Bu, xammal hasilatı və ixracını gündəlik 5,7 milyon barel azaltmış, nəticədə Qitələrarası Birjada “Brent” markalı neftin noyabr fyuçersləri 19,3% artaraq bir barel üçün 71,95 ABŞ dollarına çatmışdı. Fyuçerslər vasitəsilə neft ticarətinin başladığı 1988-ci ildən bəri qiymətlər bu qədər sürətlə heç vaxt artmayıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər