Azərbaycan nefti bahalaşmaqda davam edir

10.02.2021 12:31     Ecoreaksiya     798

Azərbaycan neftinin qiyməti 62 ABŞ dollarına yaxınlaşıb.
 
“Azeri Light” markalı neftin bir bareli 0,58 dollar və ya 0,95 faiz bahalaşıb.
 
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 61,69 dollar təşkil edib.
 
Qeyd edək ki, “Azeri Light” markalı neft sonuncu dəfə 2020-ci ilin fevral ayının 22-də 60 dollardan yuxarı qiymətə satılıb.
 
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
 

Şərhlər